Ofis masasında kadr sənədləri və qovluqlarla işləyən əməkdaş

Kadr uçotu xidməti

İnsan resursları sahəsində peşəkar autsorsinq xidmətimiz, müəssisənizin daxili resurslarını yükləmədən, tam hüquqi uyğunluqla idarə olunmasına imkan verir. Xüsusilə kiçik və orta bizneslər (KOB) və məhdud HR komandasına malik olan şirkətlər üçün idealdır.

Strateji yanaşma, güclü nəticələr

Biz müəssisələrin insan resursları strategiyasını biznes məqsədləri ilə uyğunlaşdıraraq təşkilati inkişaf, istedadların idarə olunması, performansın qiymətləndirilməsi və motivasiya sistemlərinin qurulmasına dəstək göstəririk. Məqsədimiz şirkətlərin davamlı inkişafını təmin etmək, işçi potensialını maksimum səviyyədə reallaşdırmaq və uzunmüddətli uğur üçün güclü insan kapitalı formalaşdırmaqdır.

Müraciət et
  • Kadr uçotu və sənədləşmə

    İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin arxivləşdirilməsi və rəqəmsallaşdırılması.

  • Əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi

    Qanunvericiliyə uyğun və şirkət ehtiyaclarına əsaslanan müqavilə.

  • Əmək haqqı və məzuniyyətlərin hesablanması

    Dəqiq və vaxtında payroll xidməti.

  • Əmək qanunvericiliyinə uyğunluğun yoxlanması

    Risklərin minimallaşdırılması üçün HR audit.

  • Abunəlik əsasında davamlı HR xidməti

    Daimi dəstək və yenilənən xidmət paketi.

Necə işləyirik

  1. 01. Təhlil

    Mövcud HR prosesləri, təşkilati struktur və biznes ehtiyacları ətraflı təhlil edilir.

  2. 02. Strategiyanın hazırlanması

    Şirkətin məqsədlərinə uyğun insan resursları strategiyası və inkişaf planı hazırlanır.

  3. 03. Həllərin dizaynı

    HR prosesləri, performans sistemləri və idarəetmə mexanizmləri layihələndirilir.

  4. 04. Tətbiq və icra

    Hazırlanmış həllər təşkilatda tətbiq edilir və dəyişikliklərin idarə olunmasına dəstək göstərilir.

  5. 05. Monitorinq

    Nəticələr qiymətləndirilir, göstəricilər izlənilir və davamlı inkişaf üçün optimallaşdırmalar həyata keçirilir.

Etibarlı tərəfdaş şəbəkəmiz

  • BERC & Partners
  • HBDC
  • Məşğulluq (DMA)
  • Veysəloğlu
  • PAŞA
  • Matanat A

FAQ

Tez-tez verilən suallar

Xeyr. Biz həm fərdi mütəxəssislərlə, həm də kiçik və orta bizneslərlə işləyirik. Xidmətlərimiz hər ölçülü təşkilat üçün uyğunlaşdırılır.

Hər iki seçim mövcuddur. Standart paketlərimiz var, lakin ehtiyacınıza uyğun fərdi yanaşma da təklif edirik.

Bəli. HR autsorsinq, hüquqi dəstək və bir çox məsləhət xidmətləri məsafədən təqdim olunur.

Bəli. HR sənədləri, əmək müqavilələri və daxili prosedurlar əmək qanunvericiliyinə uyğun hazırlanır və yoxlanılır.

Biznesə dair ən son təhlilləri, ekspert rəylərini və sahə xəbərlərini birbaşa e-poçtunuza alın. BERC Insights-a abunə olun.