
Maliyyə, Mühasibatlıq və Vergi üzrə Təlim Proqramları
Bu təlimlər maliyyə və mühasibatlıq sahəsində çalışan və ya bu sahəyə daxil olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Qanunvericiliyə uyğun hesabatların hazırlanması, vergi öhdəliklərinin düzgün icrası və maliyyə təhlili bacarıqlarının inkişafı əsas məqsəddir.
Təlim mövzuları
Peşəkar mühasib sertifikatı (I mərhələ – 3 aylıq proqram)
Peşəkar mühasib sertifikatı (II mərhələ – 3 aylıq proqram)
Mühasibat uçotu və ilkin sənədləşmə
Praktiki vergi uçotu və tətbiqi nümunələr
ACCA F seriyası üzrə hazırlıq təlimləri
Vergi qanunvericiliyi üzrə nəzəri və praktiki təlim
Maliyyə uçotu və hesabatların hazırlanması
1C 8.3 proqramında mühasibat əməliyyatları
Qeyri-maliyyəçilər üçün maliyyə təməl anlayışları
Mühasiblər üçün Excel üzrə praktiki bacarıqlar
Vergi bəyannamələrinin doldurulması və təqdim olunması qaydaları
Gömrük və vergi qanunvericiliyi üzrə ümumi baxış və təlim
Kimlər üçündür
Mühasibatlıq və maliyyə sahəsində çalışan mütəxəssislər
Yeni başlayanlar və sahə dəyişmək istəyənlər
Şirkət rəhbərləri və maliyyə qərarları verən şəxslər
Qeyri-maliyyə vəzifələrində çalışan amma maliyyə biliklərinə ehtiyac duyan əməkdaşlar
Digər təlimlərimiz
HR və kadr uçotu təlimləri
Bu təlim proqramı insan resursları və kadr uçotu sahəsində çalışan və ya bu sahəyə yeni başlayan şəxslər üçün nəzərdə tutulub. Təlimlər hüquqi əsaslardan texniki bacarıqlara, analitikadan motivasiya sistemlərinə qədər geniş spektri əhatə edir.
Daha ətraflıLogistika, gömrük və satınalma təlimləri
Bu təlimlər logistika, gömrük və satınalma sahəsində çalışan mütəxəssislər və rəhbərlər üçün nəzərdə tutulub. Məqsəd, beynəlxalq və yerli tələblərə uyğun şəkildə əməliyyatları daha səmərəli və hüquqi risklərdən uzaq idarə edə bilən kadrlar yetişdirməkdir.
Daha ətraflıMarketinq təlimləri
Bu təlimlər müasir marketinqin əsaslarını öyrənmək, rəqəmsal alətlərdən düzgün istifadə etmək və sosial media vasitəsilə brend dəyərini artırmaq istəyən şəxslər üçün hazırlanıb.
Daha ətraflıSatış təlimləri
Bu təlimlər satış komandalarının effektivliyini artırmaq, qiymət danışıqları zamanı peşəkar yanaşmanı formalaşdırmaq və həm onlayn, həm də korporativ mühitdə satış bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.
Daha ətraflı





